MƏDƏNİYYƏT


Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin yaranmasının 25 illiyi qeyd olunub

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin 25 illik yubileyi və iki ölkə dostluğuna dair Daşkənddə beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Dostluq Cəmiyyətinin 25 illik yubileyi münasibətilə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində təşkil olunan “Qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi yolunda” adlı konfransda dövlət və hökumət nümayəndələri, deputatlar, Cəmiyyətin, Azərbaycan Mədəniyyət Mərkəzi və Dövlət Pedaqoji Universitetin rəhbərliyi, ictimaiyyət nümayəndələri, Azərbaycandan gələn qonaqlar iştirak ediblər.