MƏDƏNİYYƏT


Bakıda Çingiz Aytmatovun 95 illik yubileyi qeyd olunub

Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) dekabrın 25-də Bakıda XX əsrin dahi qırğız yazıçısı Çingiz Aytmatovun 95 illik yubileyinə həsr olunmuş tədbir təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er Çingiz Aytmatovun qələmi və dühası ilə bütün dünyada milyonlarla oxucunun qəlbinin fatehi olduğunu deyib. O bildirib ki, yüz illər keçsə də, Çingiz Aytmatov yaradıcılığının sönməz alovu oxucularının və ədəbiyyatsevərlərin qəlbini isidəcək.