SİYASƏT


Pakistanın ali təhsil ocağında Ulu Öndərin adını daşıyan auditoriya açılıb

Azərbaycan Respublikasının Pakistandakı səfirliyi tərəfindən bu ölkənin nüfuzlu ali təhsil ocaqlarından biri olan Milli Elm və Texnologiya Universitetində (NUST) Heydər Əliyev Auditoriyası yaradılıb.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə keçirilən tədbirdə Beynəlxalq Parlamentarilər Konqresinin baş katibi Sitarə Ayaz, xarici ölkələrin Pakistandakı səfirləri, diplomatlar, ölkənin ictimaiyyət nümayəndələri, NUST-un rəhbərliyi və tələbələr, KİV və beyin mərkəzlərinin təmsilçiləri iştirak ediblər.