MƏDƏNİYYƏT


Berlində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü təntənə ilə qeyd olunub

Azərbaycanın Almaniyadakı səfirliyi Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təntənəli bayram tədbiri təşkil edib. Tədbirdə Azərbaycan, türk və digər dost ölkə icmalarının üzvləri, habelə alman ictimaiyyətinin nümayəndələri, ümumilikdə 400-ə yaxın qonaq iştirak edib.