Fərid Qayıbov: Azərbaycanda klubların sayının artması üçün çalışmalıyıq
27.12.2023 [14:41]
Xəbərin mətni
“Hər zaman voleybolumuzun inkişafını görməyi arzulayırıq. Sponsorların voleybol klublarına cəlb edilməsi istiqamətində işlər görürük".
AZƏRTAC xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Voleybol Federasiyasının (AVF) 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında "Xarı Bülbül" klubunun üzləşdiyi maliyyə problemi ilə bağlı danışarkən deyib.