Laçında sökük tikilini yeni iş yerinə çevirdilər
27.12.2023 [18:05]
Bu fotoşəkillər Qarabağın işğaldan azad edildiyi ilk günlərdə çəkilib. İndi isə bu tikilidən əsər əlamət qalmayıb. El məsəliylə desək artıq zər zərgər əlindədir. Şəhər günü-gündən daha da gözəlləşir. Burada yaşayan insanlar üçün yeni evlər tikilir, yeni iş yerləri açılır. Elə indi də, laçınlılar üçün açılacaq yeni iş yerlərindən birinin qarşısındayıq.