Füzulidə bayram konserti
28.12.2023 [13:43]
Sonuncu dəfə 1991-ci ilin 31 dekabr tarixini öz doğma yurdlarında qeyd etdikdən sonra doğma yurdlarından məcburi köçkün düşdülər. Nə az-nə çox, 30 ilə yaxın doğma yurdlarına qovuşmağı gözlədilər. Vətən həsrəti uzun çəksə də, ümidləri ölmədi, inamla yaşadılar öz yurdlarına qayıtmaq üçün. Nəhayət, 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 illik həsrətə son qoydu, torpaqlarımızı yağı düşməndən azad etdi. İndi yurd yerlərimizdə geniş tikinti-quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlər mərhələ-mərhələ dədə-baba torpaqlarına qayıdırlar. Onlar uzun illərdir ayrı düşdükləri doğma torpaqlarında indi xoşbəxt günlərini yaşayırlar.