MƏDƏNİYYƏT


Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib

Opera və klassik musiqi ifaçılığı sahəsində dünyanın tanınmış müğənnilərindən olan yaponiyalı Masaşi Tomosuqi paytaxtın Qaradağ rayonundakı “Qobu Park” yaşayış kompleksində maraqlı konsert proqramı ilə çıxış edib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, dünyanın böyük səhnələrində çıxış edən və opera sənətinin mərkəzi sayılan İtaliyada yaşayıb işləyən Masaşi Tomosuqi “Qobu Park”dakı Zəngilan rayon 20 saylı tam orta məktəbin akt zalında da öz ifalarını eyni ustalıq və coşğunluqla təqdim edib. O, məşhur operalardan partiyalar və klassik musiqi parçaları ilə yanaşı, unudulmaz Azərbaycan bəstəkarı və müğənnisi Müslüm Maqomayevin repertuarından “Sinyaya veçnost” mahnısını da şövqlə oxuyub.