Laçında “İslimi” Xalçaçılıq mərkəzi fəaliyyətə başlayıb
28.12.2023 [15:47]
Xəbərin mətni
Laçın şəhərində “İslimi” Xalçaçılıq mərkəzi açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu mərkəz Laçının hələ qədimdən məşhur xalçalarının olduğu nəzərə alınaraq yaradılıb. Burada Laçın çeşnilərini özündə əks etdirən xalçaların ərsəyə gətirilməsi ilə yanaşı, həm də sakinlərin məşğulluğu təmin olunacaq.