Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cocuq Mərcanlıda bayram sevinci

29.12.2023 [12:40]

Xəbərin mətni

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən təşkil edilmiş tədbirdə kənd sakinləri iştirak ediblər.