Terrorçuluqla mübarizədə əlaqə məntəqəsi üçün Ermənistanla münasibətlər normallaşmalıdır
30.12.2023 [18:54]
Milli Məclisin payız sessiyasına dair sonuncu iclası keçirildi. İclasın gündəliyinə ümumilikdə 7 məsələ daxil edilib. Plenar iclasının gündəliyində müzakirəyə çıxarılan “Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasına Əlavə Protokol”un təsdiq edilməsi ilə bağlı qanun layihəsi müzakirə olunub. Bildirilib ki, Azərbaycan qonşu Ermənistanla terrorçuluqla mübarizədə əlaqə məntəqəsini ancaq münasibətlər normallaşandan sonra yaradacaq. Ölkəmiz bu barədə Avropa Şurasının Baş katibliyinə bəyanat ünvanlayıb. Əlaqə məntəqəsi qismində Dövlət Təhlükəsizlik Xidməti təyin olunur.