Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı Yeni ili atəşfəşanlıqla qarşıladı

01.01.2024 [00:24]

Xəbərin mətni

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Bakıda möhtəşəm atəşfəşanlıq keçirilib.
Bayram atəşfəşanlığını Dənizkənarı Parka və paytaxtın mərkəzi küçələrinə toplaşan Bakı sakinləri və şəhərin qonaqları böyük maraqla izləyiblər.
Qeyd edək ki, Yeni il münasibətilə Dənizkənarı Milli Park, paytaxtın digər parkları və mərkəzi küçələri bayramsayağı bəzədilib, şam ağacları qurulub. Həmçinin müxtəlif Yeni il atributları və simvolları, nağıl qəhrəmanlarının fiqurları quraşdırılıb, bayram yarmarkaları təşkil olunub.