MƏDƏNİYYƏT


Laçında sakinlər Yeni ili atəşfəşanlıqla qarşlayıb

Laçında 2023-ci ildə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı əsl sahibləri tərəfindən qeyd edilib. 31 ildən sonra bitən yurd həsrəti və doğma elində olan laçınlıların bayramı  şəhərdə atəşfəşanlıqla müşahidə olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Laçın şəhəri bu dəfə Yeni ilə qucaq açdığı 1555 nəfər doğma sakini ilə birlikdə qədəm qoyub. Bayram ərəfələrində təşkil edilən konsert proqramı, yarmarka və bir-birindən maraqlı digər bayram tədbirləri sakinlər üçün əsl əyləncəyə çevrilib. 2023-ci ilin son dəqiqələrində isə göy üzündə müşahidə edilən atəşfəşanlıq daha yadda qalan olub.