MƏDƏNİYYƏT


Şəkinin “Dulusçular” məhəlləsi

Şəki tarixən sənətin və sənətkarlığın inkişaf etdiyi ərazilərdən biri olub. El sənətkarlarının əməyi sayəsində bu şəhərdə çox zəngin tarixi-mədəni irs yaradılıb. Dəmirçilik, nalbəndlik, şəbəkə, papaqçılıq, ipəkçilik və neçə-neçə digər sənət növləri nəsildən-nəslə ötürülərək zəmanəmizədək gəlib çatıb. Şəkidə geniş yayılmış sənət növlərindən biri də dulusçuluqdur. Dulusçuluqdan söhbət düşəndə isə Şəkinin qədim məhəllələrindən “Dulusçular” və bu məhəllədə bu qədim el sənətini bu günümüzədək yaşadan “Şöyüb oğlulları “ nəsli yada düşür.