MƏDƏNİYYƏT


İlmələrdə yaşadılan sənət – Şəkinin bədii tikmə ustasının emalatxanasından REPORTAJ

Rəhman Kamiloğlu Şəkidə, eləcə də ölkəmizdə xovlu tikmə sənəti ilə məşğul olan yeganə kişi sənətkar kimi tanınır. Taleyinə anadangəlmə əlillik payı düşən Rəhman artıq 20 ildən çoxdur ki, bədii tikmə sənətini yaşadır. Onun balaca emalatxanası həm də əsərlərinin nümayiş etdirildiyi sərgi salonudur. Bura həm də Rəhmanın iç dünyasını əks etdirdiyi böyük bir məkandır. Zərgər dəqiqliyi ilə ərsəyə gətirdiyi hər bir əsərində böyük məna, çalar var.