Azərbaycan Dövlət İnformasiya Agentliyi

52 yaşında tələbə olan şəhid anası

06.01.2024 [11:16]

Xəbərin mətni

Kürdəmir rayon sakini 52 yaşlı Simuzər Bağıyeva orta məktəbi bitirdikdən 35 il sonra, bu il ali məktəbə qəbul olub. Hazırda Lənkaran Dövlət Unversitetin 1 c-i kurs tələbəsi olan Simuzər xanım, uzun illər orta ixtisas təhsili üzrə rayon xəstəxanasında tibb bacısı işləyib. Bununla kifəyətlənməyərək ötən il fərdi qaydada hazırlaşaraq imtahanlarda iştirak edib, məlum keçid balını toplayaraq tələbə adını qazanıb.