RƏSMİ


Perunun ölkəmizdə yeni təyin olunmuş səfiri etimadnaməsini Azərbaycan Prezidentinə təqdim edib YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də Peru Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sezar Auqusto de las Kasas Diasın etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.
Sezar Auqusto de las Kasas Dias Peru Prezidentinin salamlarını dövlətimizin başçısına çatdırdı.