Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aygün Bəylərlə vida mərasimi keçirilib

08.01.2024 [12:00]

Xəbərin mətni

Yanvarın 8-də milli musiqi sənətinin istedadlı nümayəndəsi, Əməkdar artist Aygün Hümbətovanın (Bəylər) cənazəsi son mənzilə yola salınıb.
AZƏRTAC xəbər verir ki, mərhumun cənazəsi Suraxanı rayon Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında matəmsayağı bəzədilmiş postament üzərinə qoyulmuşdu.
Xatırladaq ki, Azərbaycanın əməkdar artisti Aygün Bəylər yanvarın 6-da Türkiyənin Ankara şəhərində müalicə aldığı xəstəxanada ağır xəstəlikdən dünyasını dəyişib.