Əfsanəvi futbolçu Frans Bekkenbauer dünyasını dəyişib
09.01.2024 [11:32]
Xəbərin mətni
Almaniya millisinin və “Bavariya”nın əfsanəvi futbolçusu Frans Bekkenbauer 78 yaşında dünyasını dəyişib.
AZƏRTAC xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Veteran müdafiəçinin son illər səhhətində problemlər yaşadığı məlum olub. Açıq ürək əməliyyatı keçirən oyunçu parkinson xəstəliyindən əziyyət çəkib.