MƏDƏNİYYƏT


Xurşidbanu Natəvanın heykəlini təhqir edənləri tapmaq çətindir

Bu gün hər yerdə reallığı əks etdirməyən məlumatlar yayılıb. Bildiyiniz kimi, Xurşidbanu Natəvanın heykəli vandalizm aktına məruz qalıb. Heykəlin burnu sındırılıb, həmçinin üzərinə qırmızı maye tökülüb. Şəhərimizin bu sahəyə məsul xidməti heykəli qorumaq üçün onu bürüyüb. Bu, şəhərimizin mövqeyidir. Bizim bu heykəli oradan götürmək, ondan qurtulmaq kimi heç bir niyyətimiz olmayıb və yoxdur. Heykəlin oradan götürülməsi heç vaxt müzakirə mövzusu olmayıb.
Bu sözləri AZƏRTAC-ın sualına cavabında Evian-Le-Bən şəhər meriyasının attraktivlik üzrə direktor müavini Kristel Okler söyləyib.