Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tanınmış baş məşqçidə onkoloji xəstəlik aşkarlanıb

11.01.2024 [17:09]

Xəbərin mətni

İngiltərə millisinin sabiq baş məşqçisi Sven-Yoran Eriksson xərçəng xəstəliyinə tutulub.
AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə 75 yaşlı mütəxəssisin özü məlumat verib.
İsveçli çalışdırıcı vəziyyətinin kritik olduğunu bildirib: “Ən yaxşı halda bir il, ən pis halda isə daha az ömrüm qalıb. Amma söz verirəm ki, bu xəstəliklə bacardığım qədər mübarizə aparacağam”.