Xarici ticarət tərəfdaşlarımızın sayı 200-ə çatıb
12.01.2024 [14:02]
Xəbərin mətni
Bu barədə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev "Dövlət-sahibkar tərəfdaşlığı: Dayanıqlı iqtisadiyyatın əsası" mövzusunda keçirilən tədbirdə deyib.
ASK prezidenti qeyd edib ki, ölkədə investisiya mühitinin cəlbediciliyinin artırılması yönündə müxtəlif tədbirlər həyata keçirilir. Xarici investorlar üçün "vahid pəncərə" prinsipi tətbiq edilir və onlara müxtəlif istiqamətlər üzrə dəstək göstərilir.