Zəngəzur dəhlizi: Regionun yeni inkişaf mərhələsi
12.01.2024 [19:54]
Azərbaycanın etdiyi təklifi beynəlxalq təcrübəyə əsaslanır. Ermənistanın alternativ olaraq irəli sürdüyü “sülh qovşağı” layihəsi isə bu ölkənin növbəti avantürist ideyasıdır. 2020-ci il 10 noyabr bəyanatında yer alan Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliyindən boyun qaçıran Ermənistan bu məsələdə də müxtəlif siyasi spekulyasiyalar etməkdədir.
Ermənistan yenə də imitasiyalarla məşğuldur. Göstərdiyi altenrativ marşuturun qəbul edilməyəcəyini yaxşı bilir. Özünü sülh sazişinə, həmçinin kommunikasiyaların yaradılmasına hazır kimi göstərsə də, faktiki heç bir addım atmır.