“Arşın mal alan” operettası Ankarada yeni quruluşda təqdim olunub
14.01.2024 [16:25]
Xəbərin mətni
Dahi Üzeyir Hacıbəylinin dünyanı dolaşan 111 yaşlı “Arşın mal alan” operettası Ankara Dövlət Opera və Balet Teatrında növbəti dəfə tamaşaya qoyulub.
AZƏRTAC xəbər verir ki, yanvarın 13-də tamaşanın premyerası keçirilib.
Səhnə əsəri Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev tərəfindən yeni quruluşda təqdim olunub.