Azərbaycan Dövlət İnformasiya Agentliyi

“The Best”: FIFA ötən ilin ən yaxşılarını açıqlayıb

16.01.2024 [10:49]

Xəbərin mətni

FIFA-nın ilin ən yaxşılarına təqdim etdiyi “The Best” mükafatının sahibi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, 2023-cü ilin fərqlənən futbol adamlarının mükafatlandırıldığı mərasim İngiltərənin paytaxtı Londonda keçirilib.
Ötən ilin ən yaxşı futbolçusu ABŞ-ın “İnter Mayami” komandasında çıxış edən argentinalı ulduz Lionel Messi seçilib.