Şəkidə evdə partlayış baş verib
16.01.2024 [12:39]
Bu gün səhər saatlarında Şəkidə qaz sızması nəticəsində partlayış baş verib. Hadisə rayonun Vərəzət kəndində baş verib. Kənd sakini, 55 yaşlı Arif Feyziyev yaşadığı evin mətbəxtində qaz iyi hiss edib və qazın sızdığı yeri tapmaq üçün qaz plitəsini alışdırmaq istəyib. Bu zaman alovla müşayiət olunan partlayış baş verib. Hadisə nəticəsində Arif Feyziyev hər iki əlindən, üz və bədənin sinə hissəsindən termiki yanıq xəsarəti alıb.