CƏMİYYƏT


Arıqlama dərmanlarının hansı fəsadları var?

Son zamanlar insanlar daha tez və asan üsulla arıqlamaq üçün müxtəlif qida əlavələri, dərmanlar və çaylardan istifadə edirlər. Bir neçə gün öncə Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasında yoxlanılan bəzi qida əlavələrində kimyəvi maddələrin aşkar edildiyi və onların insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi olduğu təsdiq olunub. Sözügedən dərman vasitələrinin satışı ilə məşğul olan şəxslər isə Daxili İşlər Nazirliyi tərəfindən saxlanılıb. Mənşəyi bəlli olmayan bu arıqlama vasitələrinin fəsadları isə qorxuludur. Endokrinoloq Səbinə Məşədiyevanın bildirdi ki, belə vasitələr ilk növbədə ürəyin normal fəaliyyətinə mənfi təsir göstərir, orqanizmin balansını pozur.