Dopinqə qarşı nəzarət gücləndirilib
17.01.2024 [16:58]
Xəbərin mətni
Azərbaycanın idman sahəsidə uğurları ilbəil artır. Təbii ki, bu nailliyətlərin arxasında davamlılıq və güclü iradə tələb edən məşqlər dayanır. Təəssüf ki, idmanda işgörmə qabiliyyəti yüksəltmək üçün daha asan üsula - dopinq istifadəsinə əl atan idmançılarımıza da rast gəlinir. Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ötən il idmançılardan 1142 antidopinq testi götürüb, 282 beynəlxalq sifariş üzrə test həyata keçirilib.