CƏMİYYƏT
Vətəndaşlardan “Makarov” və “Kalaşnikov” götürüldü
18.01.2024 [13:34]
Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən son bir neçə gün ərzində keçirilən tədbirlərlə ümumilikdə 10 ədəd odlu silah, o cümlədən əməliyyat yolu ilə 3, əhali ilə aparılan profilaktik işlərin nəticəsi olaraq 7 ədəd tüfəng aşkar edilib.
Belə ki, Şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş Anar Hacıyevdən 1 ədəd “TT” markalı tapança, ona aid sandıqça, əvvəllər məhkum olunmuş Vidadi Məmmədovdan 1 ədəd “Makarov” markalı tapança həmin silaha aid sandıqça, əvvəllər məhkum olunmuş Rüfət İbrahimovdan isə 1 ədəd “Kalaşnikov” markalı avtomat və sandıqça aşkar olunaraq götürülüb.
Həmçinin, Şöbə əməkdaşlarının vətəndaşlar arasında son günlər apardıqları profilaktik söhbətlərlə ümumilikdə 7 ədəd ov tüfəngi də könüllü olaraq polis əməkdaşlarına təhvil verilib.