Varşavada Azərbaycan barədə yalan məlumatlar yayan nəşrə etiraz edilib
18.01.2024 [16:29]
Xəbərin mətni
Polşanın paytaxtı Varşavada yerləşən “Polityka” media şirkətinin ofisi qarşısında Azərbaycan icmasının dinc aksiyası keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Polşa Azərbaycanlıları Şurasının təşkilatçılığı ilə baş tutan icazəli aksiya “Polityka” jurnalının müxbiri Konstanty Gebertin İkinci Qarabağ müharibəsi və Azərbaycanın tarixi Qələbəsi ilə bağlı təxribat və böhtan xarakterli məqalələrinin dərc olunmasına etiraz məqsədilə gerçəkləşdirilib.