CƏMİYYƏT
Dərman reseptləri artıq elektron formada veriləcək
19.01.2024 [13:29]
Artıq vətəndaşlar həkimin yazdığı müalicə reseptini kağız daşıyıcılarda deyil, elektron formada əldə edə biləcəklər. Vətəndaşlar, həkimlər və aptek şəbəkələri Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış reseptim.az saytında və ya mobil tətbiqində qeydiyyatdan keçərək sistemdən istifadə edə biləcəklər. Hazırda özəl və dövlət tibb müəssisələrinin sistemə inteqrasiyası aparılır.