CƏMİYYƏT


Şəhidlər Xiyabanı anım gününə hazırdır

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə “Şəhidlər Xiyabanı”nda 20 Yanvar faciəsinin otuz dördümcü ildönümü ilə bağlı hazırlıq işləri başa çatmaq üzrədir. Qeyd edilməlidir ki, Xiyabanın ərazisi daim Bakı Şəhər İcra Hakimiyyətinin nəzarətindədir. Ənənəvi olaraq faciənin ildönümü ilə bağlı burada Hüzn günü ilə bağlı hazırlıq işləri aparılır, müxtəlif rəngli güllərdən ibarət kompozisiyalar yaradılıb. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerləri cəlb olunublar.