CƏMİYYƏT
Balakəndə məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlər davam edir
19.01.2024 [16:42]
Fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq çərçivəsində Balakən rayonunda fəaliyyət göstərən 110 saylı seçki dairələrində məntəqə seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlər davam edir. 110 saylı Balakən seçki dairəsində də məntəqə seçki komissiyalarının üzvləri üçün seminar-treninqlər mütəşəkkil qaydada davam edir.