Füzulidə silah-sursat aşkar edilib
20.01.2024 [12:12]
Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazilərdə silah-sursatın aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı 8 avtomat və 3 qumbaraatan götürülərək aidiyyəti üzrə təhvil verilib.