CƏMİYYƏT


ASFAT 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı xüsusi videoçarx yayımlayıb

Türkiyənin Milli Müdafiə Nazirliyinin Hərbi Fabrik və Gəmiqayırma Zavodunu İdarəetmə Səhmdar Cəmiyyəti (ASFAT) 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı xüsusi videoçarx yayımlayıb. AZƏRTAC xəbər verir ki, ASFAT-ın rəsmi “X” səhifəsində yayımlanan paylaşımda bu fikirlər ifadə edilib: “Qardaş Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda edən 20 Yanvar şəhidlərini minnətdarlıq və rəhmətlə yad edirik”. Qurumun Azərbaycan dilində edilən paylaşımında isə: “20 Yanvar 1990-cı ildə Can Azərbaycanın istiqlalı uğrunda həyatlarını fəda edən qardaşlarımızı rəhmətlə anırıq. Üçrəngli bayrağınla məsud yaşa, Can Azərbaycan!”- ifadələri yer alıb.