Göygöldə qəza: Ata ölüb, oğul xəsarət alıb
22.01.2024 [10:21]
Göygöldə 1 nəfərin ölümü,1 nəfərin isə ağır xəsarət alması ilə nəticələn yol qəzası baş verib. Hadisə Bakı-Ələt -Qazax-Gürcüstan magistral yolunun rayonun Hacıməlik kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan kiçiktutumlu yük maşını "QAZel" ilə digər yük avtomobili olan "KAMAZ"a arxadan çırpılıb.