Sərhədçilərimizin sağlamlığının keşiyində – DSX-nin yeni hərbi hospitalı
22.01.2024 [11:20]
Xəbərin mətni
Bu günlərdə istifadəyə verilən Dövlət Sərhəd Xidmətinin yeni inşa olunan hərbi hospitalı sərhədçilərimizin sağlamlığının daim diqqət mərkəzində olduğunun ən bariz nümunəsidir. Hərbi hospitalda ən son elmi-texniki nailiyyətlərə əsaslanan tibbi müayinə və müalicə imkanları yaradılıb. 240 çarpayılıq binada 903 otaq, 17 şöbə, 80 palata mövcuddur. Tibb ocağında 11 əməliyyatxanadan ibarət xüsusi blok yerləşir. Hərbi hospitalın Cərrahiyyə şöbəsində quraşdırılan avadanlıqlar istənilən növ ağır əməliyyatları icra etməyə imkan verir.