CƏMİYYƏT
Ödənişli yolda maksimum sürət həddi və radar nişanları quraşdırılıb
22.01.2024 [18:07]
Xəbərin mətni
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolu üç aydır istifadəyə verilib. Amma indiyə kimi sürücülər arasında yolda maksimal sürət həddi ilə bağlı müzakirələr aparılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, artıq ödənişli avtomobil yolunda maksimal sürət həddini göstərən yol nişanları quraşdırılıb.