SİYASƏT


AZƏRTAC ilə İordaniyanın Petra xəbər agentliyi arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

AZƏRTAC-ın və İordaniyanın Petra xəbər agentliyinin əlaqələrinin genişləndirilməsi iki ölkə arasında informasiya sahəsində əməkdaşlığın inkişafına böyük töhfə olacaq.
Bu fikirlər AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev ilə İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı səfiri Ömər Bərəkət əl-Nahar arasında keçirilən görüşdə səsləndirilib.
Vüqar Əliyev qeyd edib ki, 50 xarici informasiya agentliyi ilə tərəfdaşlıq edən AZƏRTAC bir sıra beynəlxalq media təşkilatının üzvüdür.