CƏMİYYƏT


Bakı-Şamaxı-Yevlax yolunda son vəziyyət

Ötən gün axşam Ağsu və ətraf rayonlara yağmağa başlayan qar bu saatlarda da davam edir. Qar səbəbindən Bakı – Şamaxı - Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsində nisbətən çətinlik müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, yolun bir zolağı bağlansa da hərəkət davam edir.
Axşam saatlarında havanın temperaturunu nəzərə alaraq sürücülərin bu istiqamətdə hərəkət etməsi tövsiyə edilmir.