Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssisləri üçün seminarlara başlanılıb

24.01.2024 [12:26]

Xəbərin mətni

Fevralın 7-nə təyin olunmuş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının müxtəlif statuslu seçki prosesi iştirakçılarını əhatə edən layihələri ardıcıl və sistemli şəkildə davam edir.
AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyası genişmiqyaslı maarifləndirmə proqramı çərçivəsində yanvarın 24-dən etibarən daha bir layihəyə - dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssisləri üçün seminarlara başlayıb.