Göygöldə yollar qardan təmizlənir
24.01.2024 [14:34]
Ölkə ərazisində dünən axşamdan başlayan qarlı, şaxtalı hava şəraiti davam edir. Göygöl rayonunun ərazisində də qar yağıb. Ayrı-ayrı yerlərdə intensiv olub. Rayonun ərazisinə yol idarəsinin işçiləri tərəfindən duz qarışıq qum səpilib.