SİYASƏT


Prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapına başlanılıb

Fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Milli Məclisin mətbəəsində seçki bülletenlərinin çapına başlanılıb.
AZƏRTAC xəbər verir ki, yanvarın 24-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mətbəəyə gələrək çap prosesinin gedişi və yaradılmış şəraitlə tanış olub.