Azərbaycan Dövlət İnformasiya Agentliyi

Braziliya ciu-citsusuna maraq artıb

24.01.2024 [17:25]

Braziliya ciu-citsusu döyüş sənəti və beynəlxalq təkbətək idman növüdür. Onun əsasını parterdə güləş, ağrılı və boğucu fəndlər təşkil edir. Ciu-citsu effektivlikdir. Zəif, lakin texniki cəhətdən hazırlıqlı döyüşçü güclü rəqibi düzgün texnika və strategiyanın köməyi ilə ram edə bilər. Braziliya ciu-citsusuna ölkəmizdə də maraq çoxdur. Müxtəlif kateqoriyalardan olan şəxslər Azərbaycan Renzo Greysi Akademiyasında bu idman növü ilə məşğul olurlar.