CƏMİYYƏT


“O səs Türkiyə”nin qalibi DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin qonağı olub

Azərbaycanın “Avroviziya” mahnı müsabiqəsindəki ilk təmsilçilərindən biri, “O səs Türkiyə” yarışmasının qalibi Elnur Hüseynov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin qonağı olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, mərkəzlə tanışlıq zamanı qonaq yaradıcılıq studiyalarını gəzib, təlim prosesini izləyib.
Elnur Hüseynov mərkəzdə təlim alan həssas əhali qruplarına aid şəxslərin hazırladıqları əl işləri ilə tanış olub.