Qar bu yollarda hərəkəti çətinləşdirib
24.01.2024 [20:20]
Şamaxı-İsmayıllı-Muğanlı avtomobil yolunda qar yağması səbəbindən çətinliklər yaranıb, yolun buz bağlaması avtomobillərin hərəkətinə mane olub. Xüsusilə də Lahıc qəsəbəsi istiqamətində hərəkət dayanıb. Bakı Şamaxı-Yevlax yolunda müəyyən hissələr qardan təmizlənsə də hazırda gediş-gəliş təhlükəli olaraq qalır.