Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elçin Quliyev yenidən Azərbaycan Atçılıq Federasiyasının prezidenti seçilib

25.01.2024 [11:17]

Xəbərin mətni

Azərbaycan Respublikası Atçılıq Federasiyasında (ARAF) 2023-cü ilin idman nəticələrinin yekunlarına həsr olunmuş tədbir keçirilib.
Dövlət Sərhəd Xidmətindən (DSX) AZƏRTAC-a verilən məlumata görə, tədbirdə hesabat məruzəsi ilə çıxış edən federasiyanın baş katibi Bəhruz Nəbiyev il ərzində ölkə ərazisində keçirilən tədbirlər, beynəlxalq turnirlərdə iştirak və əldə olunan nailiyyətlər barədə məlumat verib. Federasiyanın fəaliyyət sahələrinə daxil olan hər bir atçılıq idman sahəsi üzrə tədbirlər barədə qısa, hesabat xarakterli videomateriallar təqdim olunub.