CƏMİYYƏT


Ötən il şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 14 min 800 mənzil və fərdi ev verilib

2023-cü ildə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 14 min 800 mənzil və fərdi ev verilib.
AZƏRTAC xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində keçirilən mətbuat konfransında agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov söyləyib.