Azərbaycan Dövlət İnformasiya Agentliyi

Liftdə köməksiz qalanlar xilas edildi

25.01.2024 [21:30]

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsində yerləşən yeddimərtəbəli yaşayış binasının liftində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal əraziyə FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapısını açaraq köməksiz vəziyyətdə qalan sakinləri xilas ediblər.