CƏMİYYƏT
Gəncədə ictimai nəqliyyatda cibgirlikdə şübhəli bilinən şəxs saxlanıldı
26.01.2024 [10:24]
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar ayında şəhər ərazisində sərnişinlərin sıx olduğu vaxtlarda şəhərdaxili avtobuslarda cibgirlik etməkdə şübhəli bilinən Mətləb İsmayıllı saxlanılıb.